
Yəmənin “Ənsar Allah” hərəkatı İsrail ərazisinə ballistik raket atıb.
Gununsesi.info xəbər verir ki, raketin buraxılmasından sonra İsrailin cənubunda yerləşən Beerşeba, Dimona və ətraf şəhərlərdə həyəcan siqnalları işə salınıb.
İsrail Müdafiə Qüvvələri (SAXAL) raketin vurulduğunu iddia edib. Xəsarət alanlar barədə məlumat verilmir.