Balakənə gedənlərin nəzərinə!

  • By Günel
  • 27 İyun 2025 20:14

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə iyunun 27-də Bakıdan Balakənə, iyunun 28-da isə Balakəndən Bakıya yola düşəcək qatarın vaqon sayını artırır.

Gununsesi.info bu barədə ADY-yə istinadən xəbər verir. Bu tarixlərdə qatar ümumilikdə 11 vaqonla hərəkət edəcək.

Bundan başqa, 28 və 29 iyunda da Bakı-Balakən-Bakı marşrutu üzrə qatara əlavə vaqon qoşulacaq. Qatar 7 vaqonla hərəkət edəcək.

Gununsesi.info