
“Qərbdə geniş yayılmış inancın əksinə olaraq, Rusiya Ukraynadakı müharibədən zəifləmiş deyil, daha təhlükəli şəkildə çıxacaq”.
Gununsesi.info xəbər verir ki, bunu Almaniya Quru Qoşunlarının müfəttişi general-leytenant Alfons Mays deyib.
“Mən qəti əminəm ki, Rusiya silahlı qüvvələri bu müharibədən sonra daha da güclənəcək”, – o vurğulayıb.
Generalın sözlərinə görə, ölənlərin sayının Moskva üçün əhəmiyyəti yoxdur:
“Kreml hər il 200 minə yaxın çağırışçını səfərbər edir və artıq ordusunun sayını 1,5 milyona çatdırıb. Bu, Qərblə genişmiqyaslı toqquşmaya uzunmüddətli hazırlıqdan xəbər verir”.