İran MAQATE-nin nüvə obyektlərinə girişini qadağan etdi

“Biz artıq Qrossinin iştirakına və nüvə obyektlərində MAQATE-nin kameralarını quraşdırmasına icazə verməyəcəyik”. 

Gununsesi.info xəbər verir ki, bu barədə İslami Şura Məclisinin vitse-spikeri Həmidreza Hacı Babaei deyib.

“Bizim obyektlərimiz haqqında məlumatları İsraildən əldə etdiyimiz sənədlərdə gördük”, – deyə o qeyd edib.

Parlamentin Milli Təhlükəsizlik Komissiyasının üzvü Moctaba Zolnouri də Beynəlxalq Atom Enerjisi Agentliyi baş direktorunun İslam Respublikasına xəyanət etdiyini bildirib.

 

 

Gununsesi.info