Laçında 1 ton çətənə kolu məhv edildi

  • By Admin2
  • 27 İyun 2025 17:12

Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Zabux kəndinin ərazisində yabanı halda olan narkotik tərkibli bitkilər aşkar edilib.

Bu barədə Gununsesi.info-ya Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, ümumi çəkisi 1 tondan artıq olan 7046 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

Gununsesi.info