Ağcabədidə istixanada yanğın

  • By Günel
  • 28 İyun 2025 21:02

Ağcabədi şəhərində ümumi sahəsi 200 m² olan istixananın polietilen üzlüyü 30 m² sahədə və həcmi 100 litr olan 3 ədəd çəlləkdə yığılan istifadə edilmiş yağ yanıb.

Gununsesi.info xəbər verir ki, istixananın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info