Millimizin sabiq üzvü öldü - FOTO

  • By Günel
  • 27 İyun 2025 14:39

Azərbaycan basketbolu ağır itki ilə üzləşib.

Gununsesi.info xəbər verir ki, uzun illər Rusiyanın Stavropol şəhərində yaşayan, milli komandamızın sabiq üzvü, SSRİ idman ustası Vaqif Hacımətov vəfat edib.

O, 62 yaşında, uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, V.Hacımətov 1982-ci ildə SSRİ basketbol yığmasına dəvət alıb. O, SSRİ çempionatında Azərbaycan Neft və Kimya İnstitutunun komandasında çıxış edib. Daha sonra Rusiya çempionatında “Dinamo” (Stavropol) klubunun uğurları üçün mübarizə aparıb.

Peşəkar basketbolçu karyerasını başa vurduqdan sonra məşqçilik fəaliyyəti ilə məşğul olub.

image