Moskvadan İrəvana AB ilə bağlı xəbərdarlıq məktubu…

  • By Admin2
  • 27 İyun 2025 17:29

Rusiya Ermənistana məktub hazırlayır. Məktubda ölkənin Avropa Birliyi ilə yaxınlaşma normaları ilə Avrasiya İqtisadi İttifaqının (Aİİ) qaydaları arasında ziddiyyətlər olduğu qeyd edilib.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya baş nazirin müavini Aleksey Overçuk TASS-a deyib.

“Mən həmkarım Mqer Qriqoryana ünvanlanmış məktubu imzalamağa hazırlaşıram ki, bizim fikrimizcə, bu hərəkətlər (AB ilə yaxınlaşma normaları-red) Avrasiya İqtisadi İttifaqının normalarına ziddir. Buna uyğun olaraq, biz müvafiq tədbirlərin görülməsi məsələsinə baxacağıq”, – Overçuk xəbərdarlıq edib.

Gununsesi.info