Ermənistan Hindistandan qırıcı almaq istəyir

  • By Günel
  • 28 İyun 2025 21:23

Ermənistan Hindistandan Su-30MKI qırıcılarını almağı düşünür.

Gununsesi.info xəbər verir ki, bu barədə “Jetline Marvel” nəşri məlumat yayıb.

Nəşr qeyd edir ki, İrəvan Hindistan istehsalı olan Su-30MKI qırıcılarının alınması ilə bağlı yüksək səviyyəli danışıqlara başlamaqla tərəfdaşlığı dərinləşdirməyə çalışır .

Qeyd edək ki, sözügedən qırıcılar bütün hava şəraitində uçuş və havadan havaya və havadan yerə hücumlar üçün nəzərdə tutulub.

Gununsesi.info