Baydenin çıxışı yarıda kəsildi - Video

ABŞ prezidenti Bayden Vaşinqtonda silah zorakılığının qarşısının alınması üzrə illik “Gun Sense University” konfransında iştirak edib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, konfransda Baydenə “Sən Qəzzada soyqırımın ortağısan” deyən etirazçı qışqıraraq ona etirazını göstərib.

Bundan sonra Baydenin çıxışı kəsilib və bir müddət ara verilib.

Nümayişçiyə qəzəblənən zaldakı iştirakçıları sakitləşdirən Bayden Günahsız uşaqlar öldürüldü, bunu səsləndirənlərin haqqı var deyərək çıxışına davam edib.

Nümayişçi zaldan çıxarılarkən Bayden tərəfdarları noyabrda keçiriləcək seçkiyə işarə edərək “daha ​​4 il” şüarları səsləndiriblər.

Gununsesi.info