Stoltenberq: “Rus casusları təqib edilir”

Şimali Atlantika Alyansının üzvləri Moskvanın iddia edilən təxribatına cavab olaraq rus casuslarını təqib edəcəklər.

Gununsesi.info  “Reuters”ə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

“NATO Rusiyadan bir neçə təxribat, yandırma cəhdi, kiberhücumlar və dezinformasiya nümunələri görüb”– deyə o, vurğulayıb.

O, həmçinin əlavə edib ki, NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin Brüsseldə keçiriləcək iclasında iddia edilən Rusiyanın alyans müttəfiqlərinə qarşı düşmənçilik kampaniyası araşdırılacaq.

Stoltenberq qeyd edib ki, nazirlər Moskvanın düşmənçilik xarakterli hərəkətlərinə NATO-nun cavab variantlarını müzakirə edəcəklər.

 

 

 

Elmar 

Gununsesi.info