Sunak Ukraynaya 286,4 milyon avro ayıracaq

Böyük Britaniyanın baş naziri Rişi Sunak İtaliyada keçiriləcək G7 sammiti zamanı Ukraynaya 242 milyon funt-sterlinq (286,4 milyon avro) yardım paketini ayırmağı düşünür.

Gununsesi.info xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında dərc olunub.

Bildirilir ki, bu pul Ukraynanın “humanitar, enerji və sabitləşmə ehtiyacları” üçün istifadə olunacaq, həmçinin uzunmüddətli iqtisadi və sosial bərpanın əsasları üçündür.

“Bu maliyyə Böyük Britaniyanın Ukraynaya davamlı beynəlxalq dəstəyini nümayiş etdirir”, – deyə vurğulanıb.

Həmçinin sammit zamanı Rişi Sunak Ukraynanı maliyyələşdirmək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə mövzusunu qaldırmaq niyyətindədir.

Xatırladaq ki, Rusiya Ukraynada xüsusi əməliyyat keçirdikdən sonra Qərb ölkələri Rusiyaya qarşı geniş sanksiyalar tətbiq etmişdi.

Xüsusilə, Rusiya aktivlərinin bir hissəsi, o cümlədən Mərkəzi Bankın 300 milyard dollara yaxın qızıl-valyuta ehtiyatları dondurulub.

Mayın 21-də Çexiyanın xarici işlər naziri Yan Lipavski Rusiyanın aktivlərindən əldə edilən gəlirin Ukraynaya, o cümlədən ölkənin silahlı qüvvələrinə kömək üçün istifadəsinin təsdiqləndiyini açıqlayıb.

 

 

 

Şəbnəm

Gununsesi.info