
Rusiyanın Rostov vilayətində gecə saatlarında Novoşaxtinski yerli neft məhsulları zavodunda silsilə partlayışlar baş verib.
Gununsesi.info rus KİV-ə istinadən xəbər verir ki, yanğın səhər saatlarında söndürülüb.
Yanğınsöndürənlər birinci hücumdan sonra ikinci hücum təhlükəsi səbəbindən yanğını söndürə bilməyiblər.
Qubernatoru Vasili Qolubev qeyd edib ki, yanğının söndürülməsinə 120 nəfərə yaxın canlı qüvvə və 15 texnika cəlb olunub.
Məlumata görə, zavoda hücum olunandan sonra şəhərdə bir neçə güclü partlayış səsi eşidilib.
Bundan sonra şahidlər neft emalı zavodunun ərazisində tüstü və yanğın olduğunu görüblər.
Qolubev neft emalı zavodunda yanğının 100 kvadratmetr ərazini əhatə etdiyini bildirib. İlkin məlumatlara görə, hücum və yanğın nəticəsində ölən olmayıb.
Bundan əvvəl Novoşaxtinsk neft emalı zavodu mart ayında Ukrayna pilotsuz təyyarələrinin hücumuna məruz qalmışdı.
Qeyd edək ki, zavodda daha iki hücum 2022-ci ilin iyununda və 2023-cü ilin mayında baş verib.
Gununsesi.info