Azərbaycanda ilk: Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin dəstəyi ilə konfrans keçirildi - VİDEO

  • By Günel
  • 09 Aprel 2025 22:24

8 aprel 2025 ci il tarixində TƏBİB -in  Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin dəstəyi Respublika Pediatriya Mərkəzinin və Çocuk Acil Yoğun Bakım təşkilatçılığı ilə 1 – ci Azərbaycan- Türkiyə Pediatrik Təcili Yardım və Reanimasiya Konfransı keçirildi.

Gununsesi.info xəbər verir ki, 7-9 aprel 2025- ci il tarixlərində baş tutan tədbirlər çərçivəsində həkimlər və tibb bacıları üçün pediatrik təcili yardım və reanimasiya, mexaniki vintilyasiya, pediaktrik təcili yardım  və reanimasiya  kursları təşkil olunub.

Uzman dr. Azər Əhmədov bildirib ki, belə bir konfrans Azərbaycanda ilk dəfə keçirilir:

“Təcili Yardım və Reanimasiya  bildiyiniz kimi pediatriyanın çox önəmli və çox kritik sahələridir. Məqsədimiz də Azərbaycanda Pediatrik Təcili Yardım və Reanimasiya sahəsinin inkişafını daha da artırmaq və uşaq ölümlərinin, istərsə də uşaq əlilliyinin sayının azaldılmasına xidmət edir. Biz bu məqsədlə Türk Çocuk Acil Tıp və Yoğun Bakım dərnəyi ilə birlikdə davamlı əlaqələrdəyik. Davamlı tədbirlər, təlimlər təşkil edirik. Bu tədbir isə təlimlərin ən böyüyü oldu. Bundan sonra da bu təlimləri həyata keçirəcəyik ki, bəyaq qeyd etdiyim kimi ölkədə əlilliyin və uşaq ölümlərinin sayının azaldılmasına nail  olaq”.

Konfransda, həmçinin Azərbaycan və Türkiyənin aparıcı Universitetlərinin ixtisaslaşmış həkim və professor heyəti tərəfindən pediatriyanın müxtəlif sahələrinə dair mövzü var. Tənəffüs sisteninin təcili vəziyyətləri, kordiologiya, nevrologiya, nefrologiya, hematologiya, allergologiya,  travma və digər təcili hallara aid mövzularda panel müzakirələri də təşkil olunub.

Professor dr. Tanıl Kendirli bildirib ki, Türkiyədə Çocuk Yoğun Bakımı olduqca inkişaf etmiş olduğunu söyləyə bilərik:

“Sadəcə bəzi sahələrdə işçi qüvvəsinin bölgüsü ilə bağlı sıxıntlar var, ancaq təhsil, bilgi olaraq olduqca genişdir.  Azərbaycanda isə bizim bildiyimiz, gördüyümüz qədəri ilə bu sahədə məlumatlar  artıq formalaşmaya başladı, ancaq bu sahədə təhsil almış insan sayı olduqca azdır. Bu sahədə Azərbaycanda bidiyimiz kimi təhsilli bir nəfər var. Ancaq digər pediatr uzmanları bu mövzuda çalışmağa başladılar. Biz bu istəyə maraq gördüyümüz üçün, son 5- 6 ildir intensiv olaraq çalışırıq və bugünkü konfrans da bunun bir məhsuludur. Bu olduqca böyük bir konfransdır. “TİKA” -nın da dəstəyi çox yüksək dərəcədədir və hocalar bura təhsil vermək üçün təşrif buyurur”.

Qeyd edək ki, konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunaraq 16 davamlı tibbi təhsil balla qiymətləndirilib.

 

 

Günel Həsənova

Gununsesi.info