Rusiyadan Ukraynanın 3 şəhərinə pilotsuz təyyarə hücumu

  • By Admin2
  • 09 Aprel 2025 11:22

Ukrayna rəsmiləri Rusiyanın pilotsuz təyyarələrinin zərbələri nəticəsində ən azı 22 nəfərin yaralandığını və hücumlar nəticəsində yanğınların başladığını açıqlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Ukrayna Rusiya qüvvələrinin ölkənin şərqində pilotsuz uçuş aparatlarından (PUA) istifadə edərək böyük hücuma keçdiyini açıqlayıb.

Hücumlar nəticəsində ən azı 22 nəfərin yaralandığı və yanğınların başladığı bildirilib.

Üç ildən artıqdır davam edən müharibədə 1000 kilometrə yaxın cəbhə xəttinin olduğu Donetsk əyalətinin Kramatorsk şəhərində yaşayış məntəqəsinə edilən hücumda biri uşaq olmaqla üç nəfər yaralanıb.

Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın gecə saatlarında atdığı 55 PUA-dan 32-nin vurulduğunu bildirib. Digər səkkiz PUA-nın isə elektron döyüş üsulları ilə hədəflərinə çatmasının qarşısı alındığı vurğulanıb.

Digər 15 PUA-nın taleyi ilə bağlı məlumat verilməyib.

Dnepropetrovsk vilayətinin qubernatoru Serhiy Lısak Telegram vasitəsilə verdiyi açıqlamada ölkənin cənubunda Dnepr şəhərinə edilən hücum nəticəsində yanğının baş verdiyini, evlərə və nəqliyyat vasitələrinə ziyan vurduğunu, 15 nəfərin yaralandığını bildirib. Yaralıların yarısı xəstəxanaya çatdırılıb, bir qadının vəziyyətinin ağır olduğu bildirilir.

Lisaki bildirib ki, bir inzibati bina və infrastruktur, həmçinin dörd çoxmərtəbəli yaşayış binası və 15 fərdi yaşayış evi zədələnib.

Orxan

Gununsesi.info