Həkim izah etdi: Səhər, yoxsa gecə duş qəbul etmək lazımdır?

  • By Admin2
  • 09 Aprel 2025 10:40

Gündəlik işlərimizdə tez-tez qarşılaşdığımız bir sual: Səhər, yoxsa axşam duş qəbul etməlisiniz? Mütəxəssislər axşam duşlarının dəri sağlamlığına və yuxu keyfiyyətinə təsiri ilə bağlı mühüm xəbərdarlıqlar edir.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, gün ərzində bədənimiz hava çirkliliyi, allergenlər, kimyəvi maddələr və tər də daxil olmaqla müxtəlif çirkləndiricilərlə qarşılaşır. Səhərə qədər təmizlənməyən bu kir yataq və çarşaflarımıza keçə bilir.

Doktor Aragona Giuseppe səhər duşunun hissləri oyandıraraq günə başlamaq üçün ideal olduğunu bildirsə də, axşam duşunun müəyyən faydaları olduğunu vurğulayır. Dr. “Bədəninizin gün ərzində topladığı allergenlər və kirlər yataq dəstinizə keçə bilər ki, bu da dərinin qıcıqlanmasına, sızanaqlara və hətta pis yuxuya səbəb ola bilər” Cüzeppe deyir.

Doktor Jason Singh, TikTok-da verdiyi açıqlamalarda axşam duşlarının yuxu keyfiyyətini yaxşılaşdırmaqda çox təsirli olduğunu ifadə etdi. İlıq duşun bədənin yuxuya keçidini dəstəkləyən melatonin hormonunun ifrazını tətiklədiyini ifadə edən Sinq, “İsti duş bədənə yatmaq vaxtının gəldiyini bildirir və bədən istiliyi aşağı düşdükcə daha dərin yuxuya keçidi təmin edir” deyib.

Dr.Singh-in fikri 2019-cu ilin meta-analizi ilə dəstəklənir. Tədqiqat belə nəticəyə gəlib ki, axşam saatlarında 40°C ilə 42.5°C arasında temperaturda duş qəbul etmək daha keyfiyyətli yuxuya səbəb olur.

Ancaq unutmaq olmaz ki, səhər duşu bədəndə yığılan yağları və bakteriyaları təmizləyərək gigiyenik şəraitin təmin edilməsində də mühüm rol oynayır. Mütəxəssislər həm səhər, həm də axşam duşlarının fərqli üstünlüklər verdiyini, lakin günün müəyyən saatlarında qəbul edilən duşların dəri sağlamlığına müsbət təsir etdiyini bildirirlər.

Orxan

Gununsesi.info