
Gununsesi.info xəbər verir ki, bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda sualları cavablandırarkən bildirib. O əlavə edib ki, hazırda münasibətlər yaxşıya doğru davam edir.
“Bəzi ABŞ KİV-lərində Azərbaycan əleyhinə yönəldilmiş materialların Dövlət Departamentindən koordinasiya olunduğuna dair ciddi əsaslar var. Tramp geri qayıtdıqdan sonra bu materiallar dayandı. Bu, təsadüfi deyil – bu, bir sistemdir.
USAID-in Azərbaycan daxilindəki fəaliyyəti də araşdırılır. Baş Prokurorluq artıq bu məsələyə baxır. Araşdırma başa çatdıqdan sonra sənədlər Tramp administrasiyasına təqdim ediləcək. Vaşinqtondakı dəyişikliklər fonunda artıq üç müsbət siqnal var: düşmən ritorikanın dayanması, yüksək səviyyəli təmaslar və əməkdaşlığa açıq siyasi gündəm”, – Əliyev əlavə edib.