Qırğızıstanda dövlət çevrilişinə cəhdin qarşısı alındı

Qırğızıstan Xüsusi Xidmət orqanları dövlət çevrilişinə cəhdin qarşısını alıb.

Gununsesi.info xarici KİV-ə istinadən məlumat verir ki, saxlanılan şəxslərin əcnəbilərin guya qırğız əsilli qadına qarşı zorakı hərəkətlər etdiyi ilə bağlı saxta görüntülər yayaraq, xalqın vətənpərvərlik hisslərinə toxunmaq məqsədi güddüyü məlum olub.

Bundan sonra isə silahlı şəxslər vasitəsilə əcnəbilərin sıx yaşadığı və işlədiyi ərazilərdə iğtişaşlar törədilməsi nəzərdə tutulub.

Keçirilən əməliyyat nəticəsində dəstənin üzvləri saxlanılıb. Araşdırma zamanı planın xaricdən idarə olunduğu aşkar edilib.

 

 

Gununsesi.info