
ABŞ-nin Miçiqan ştatında itkin düşən 2 yaşlı uşaq polis qruplarının termal kameradan istifadə edərək apardığı axtarış nəticəsində meşədə tapılıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ- nin Miçiqan ştatında itkin düşən 2 yaşlı uşaq polis qruplarının termal kameranın köməyi ilə apardığı axtarış nəticəsində meşədə sağlam tapılıb.
Ailə 2 yaşlı uşaqlarının itdiyini bildirməsi üzərinə bölgəyə polis qrupları sövq edilib.
Polisdən edilən şərhdə, axtarış işlərinə pilotsuz uçuş aparatları və gecə görmə xüsusiyyətlərinə malik helikopterlər tərəfindən dəstək verildiyi bildirildi.
Termal kameralar sayəsində uşağın bədən istiliyi müəyyən edilib. Uşağın səhhətinin yaxşı olduğu və ehtiyat tədbiri olaraq xəstəxanaya aparıldığı bildirilib.
Orxan