ABŞ Prezidenti bir sıra ölkələrə rüsumları 90 gün müddətinə dayandırıb

  • By Günel
  • 09 Aprel 2025 23:32

ABŞ prezidenti Donald Tramp bir sıra ölkələrə qarşılıqlı əsasda tətbiq edilən əlavə idxal rüsumlarını 90 gün müddətinə dayandırdığını bildirib.

Gununsesi.info xəbər verir ki, bu barədə Amerika lideri “Truth Social”da qeyd edib.

Trampın açıqlamasına görə, 75-dən çox ölkə valyuta manipulyasiyası və qeyri-monetar rüsumları bağlı məsələlərlə bağlı danışıqlar aparmaq üçün ABŞ rəsmilərinə müraciət edib.

“Bu dövlətlər ABŞ-yə qarşı heç bir cavab tədbiri görməyib”, – Ağ Ev rəhbəri vurğulayıb.

Gununsesi.info