Sabirabadda 7 otaqlı ev yandı

Sabirabad rayonunun Kürkəndi kəndində ümumi sahəsi 340 m² (hər mərtəbəsi 170 m²) olan ikimərtəbəli 7 otaqlı evin yanar konsturksiyaları 200 m² sahədə yanıb.

Gununsesi.info xəbər verir ki, evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.