Azərbaycan və NATO arasında Qətərdə danışıqlar oldu

  • By Günel
  • 09 Aprel 2025 19:23

Qətərdə keçirilən Hərbi Strateji Tərəfdaşlıq Konfransı çərçivəsində Azərbaycan və NATO nümayəndə heyətləri arasında danışıqlar aparılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı Daimi Nümayəndəliyinin “X” hesabında məlumat verilib.

Qeyd olunub ki, danışıqlar çərçivəsində keçmiş əməkdaşlıq, davam edən səylər və gələcək planlar müzakirə edilib. Müzakirələrdə NATO-nun bütün qurumları təmsil olunub.

Gununsesi.info