
Avropa İttifaqının (Aİ) xarici sərhədlərindən məsul qurum olan Frontex, miqrantlara qarşı insan hüquqlarının pozulması iddiaları ilə bağlı Yunanıstanda araşdırma apardıqlarını açıqladı.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, insan haqları təşkilatları, xüsusən 2023-cü ildə Yunanıstanın cənub sahillərində batmış qaçqın qayığında yüzlərlə insanın həyatını itirməsindən sonra Afinanın qaçqın və miqrantlara münasibətini və siyasətini tənqid edir.
Frontex, əksəriyyətinin 2024-cü ildə baş verdiyi 12 “ciddi insidenti” araşdırdığını bildirib, Euronews saytı xəbər verir.
Bəyanatda əlavə təfərrüatlar verilməyib. Frontex-in sözçüsü Chris Borowski də qurumun son vaxtlar şikayət mexanizmini gücləndirdiyini bildirib.
“Hazırda Yunanıstanla bağlı Fundamental Hüquqlar Ofisi tərəfindən nəzərdən keçirilən 12 aktiv Ciddi İnsident Hesabatı var. Hər biri hərtərəfli araşdırılır” deyə bildirilib.
Qeyd edək ki, Avropa İnsan Haqları Məhkəməsi (AİHM) yanvar ayında Yunanıstanın qaçqınlara “geri itələmələrini” “sistematik” adlandırıb. Yunanıstanın Kyriakos Mitsotakis hökuməti bu iddiaları rədd edərək, Yunanıstan Sahil Mühafizəsi qruplarının dənizdəki qəzalardan təsirlənən və ya dənizdə çətin vəziyyətdə qalan 250 mindən çox qaçqını xilas etdiyini iddia edir. Hökumət də iddia edir ki, onlar qanunlara və beynəlxalq öhdəliklərə əməl edirlər.
Orxan