Gənc jurnalisti boğaraq öldürdü: - ''Obez'' qatilinin son sözləri bəlli oldu

  • By Admin2
  • 09 Aprel 2025 14:52

25 il əvvəl Mayamidə bir jurnalisti boğaraq öldürən 48 yaşlı Maykl Tanzi çərşənbə axşamı Floridada edam edilib. Həddindən artıq yemək vərdişlərinə görə “obez” olaraq xarakterizə edilən qatilin son sözləri diqqət çəkib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Maykl Tanzi 2000-ci ildə Mayami Herald qəzetinin əməkdaşı Janet Akostanı qaçıraraq, gənc qadını boğaraq, cəsədini Floridadakı bir adaya atıb.

Qatilin vəkilləri Maykl Tanzinin kök olduğunu və siyatik ağrıları səbəbindən iynə zamanı ağrı çəkəcəyini deyərək edamı dayandırmağa çalışıblar. Lakin Florida Ali Məhkəməsi bu etirazı rədd etdi.

Newsweek-in məlumatına görə, həbsxana rəsmiləri Tanzinin son yeməyinin donuz pirzolası, pastırma, bişmiş kartof, qarğıdalı, soda, dondurma və konfetdən ibarət olduğunu bildirib.

O, üzr istəyib.

Qatilin son sözlərində illər əvvəl öldürdüyü jurnalistin ailəsinə müraciət edərək “Onlardan üzr istəyirəm” dediyi öyrənilib.

Tanzinin Akostanı bağladığı, sonra isə gənc qadına cinsi təcavüz etdiyi də məlum olub.

Janet Akostanın bacısı Julie Andrew ədalətin bərqərar olmasına sevindiyini bildirib və “Ürəyim yüngülləşir, yenidən nəfəs ala bilirəm” deyib.

Orxan

Gununsesi.info