
Filippinin Neqros adasında yerləşən Kanlaon vulkanında dünən püskürmə baş verib. Püskürmədən sonra vulkanın şərq yamacında meşə yanğını başlayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Filippindən yayımlanan “Rappler” saytının xəbərinə görə, Kanlaon vulkanında püskürən yanğından sonra yanğın baş verib. Yanğın dağın şərq yamacına keçərək kraterin yaxınlığındakı ot və ağacları yanıb.
Səlahiyyətlilər, davam edən vulkanik aktivliyə görə yanğını idarə etməkdə çətinlik yarandığını və yanğın zonasına yanğınsöndürənlərin göndərilməsinin “riskli” olduğunu qeyd edib.
Digər tərəfdən, rəsmilər davam edən vulkanik fəaliyyətlər səbəbilə yanğını söndürmək üçün hava qüvvələri helikopterlərindən istifadənin mümkün olmadığını, yanğına müdaxilə üçün alternativ üsulların axtarıldığını bildirib.
Filippin Vulkanologiya və Seysmologiya İnstitutu (Phivolcs) dünən Kanlaon vulkanının yerli vaxtla saat 05:51-də aktivləşdiyini açıqlayıb.
Açıqlamada bildirilib ki, ilkin məlumatlara görə, püskürmə zamanı vulkandan 4000 metr yüksəkliyə kül səpilib .
Regional stansiyanın kameraları yamaclarda lavanın püskürdüyünü göstərib.