
İsrail Ali Məhkəməsi baş nazir Netanyahunun daxili kəşfiyyat agentliyinin direktoru Şin Betin Barı vəzifəsindən azad etməsi ilə bağlı qərarının icrasını dayandırıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrail Ali Məhkəməsi aprelin 8-də baş nazir Benyamin Netanyahunun daxili kəşfiyyat agentliyi Şin Betin direktoru Ronen Barı vəzifəsindən azad etməsi ilə bağlı müvəqqəti qərarını elan edib.
Məhkəmə qərarın icrasını dayandırıb.
“Haaretz” qəzetinin xəbərinə görə, Ali Məhkəmə hakimləri 12-20 aprel tarixlərində qeyd olunacaq Pasxa bayramından sonra yekun qərar verilməyənə qədər Barın vəzifəsindən uzaqlaşdırıla bilməyəcəyinə qərar verib. Məhkəmənin hakimlərindən biri Netanyahu hökumətini və baş prokuroru “uzlaşmaya” çağırıb.
Qərarda deyilir ki, Ronen Bar öz vəzifələrini davam etdirsə də, hökumət və baş prokuror Pasxa bayramından sonra “yaradıcı həll” tapmaq üçün gözləməlidir.
Orxan