
Rusiya Dövlət Dumasında keçirilən iclasda satanizmin Rusiyanın milli təhlükəsizliyinə təhlükə yaratdığı qənaətinə gəlinib.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya qanunvericiləri xüsusilə şeytani seks əyləncələrinin sayının artmasından narahatdırlar.
Rusiya Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov hesab edir ki, satanizm “birləşmiş Qərbin ölkəyə qarşı mübarizə formasıdır”.
Panel iştirakçılarının fikrincə, satanizm psixoloqların, dietoloqların, tarot oxuyanların, sehrbazların və məşqçilərin fəaliyyətindən tutmuş gənclərin subkulturalarına qədər geniş şəkildə özünü göstərir.
Aprelin 8-də Dumanın Vətəndaş Cəmiyyətinin İnkişafı Komitəsi “Satanizm və digər dağıdıcı kult və ideologiyaların yayılmasına qarşı mübarizə” mövzusunda dəyirmi masa keçirib.
Deputat Nikolay Burlyaev bildirib ki, bu gün ənənəvi mənəvi-əxlaqi əsasların dağılmasının dünya ssenarisi dayanılmaz şəkildə baş verir.
Deputat əlavə olaraq qeyd edib ki, parlamentə Moskva və Rusiyanın digər şəhərlərində “şeytani orgiyalar” haqqında çoxsaylı məlumatlar daxil olub. Kinoteatrda şeytani yönümlü filmlər nümayiş etdirilir, Qostiny Dvordakı kitab sərgisində satanizmlə bağlı yüzlərlə rəngarəng kitab satılır.
Burlyaev həmçinin deyib: “Ənənəvi dəyərlərdən və mənəvi ideallardan uzaqlaşma bizim dövlət-sivilizasiyamızın dağılmasına səbəb ola bilər”.
Günel Həsənova Gununsesi.info