
Bakının Xətai rayonunda yaşayış binasında yanğın olub.
Bu barədə Gununsesi.info-ya FHN-dən məlumat verilib.
Qeyd olunub ki, FHN-in 112 qaynar telefon xəttinə Xətai rayonu Məhəmməd Hadi küçəsində yerləşən yaşayış binasının mənzilində yanğın baş verməsi barədə məlumat daxil olub.
Dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.