“Shell” və “BP”-nin lisenziyaları ləğv edildi

  • By Günel
  • 09 Aprel 2025 13:35

ABŞ prezidenti Donald Tramp Avropanın enerji şirkətləri “Shell” və “BP”-yə Venesuelada təbii qaz layihələri üçün verilmiş xüsusi lisenziyaları ləğv edib. Qərar dəyişdirilməsə, heç bir şirkət Venesueladan qaz çıxarmayacaq.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Çin və Avropa başda olmaqla bir çox ölkə üçün açıqladığı əlavə gömrük rüsumu tarifləri ilə bazarları qızışdıran ABŞ prezidenti Donald Tramp bu dəfə Avropanın aparıcı enerji şirkətlərini hədəf alıb.

“Financial Times”-da çıxan xəbərə görə, son illərdə şirkətlərə verilən bu lisenziyalar Venesueladan çıxarılan qazın Karib dənizindəki Atlantik LNG obyektinə daşınmasına icazə vermək məqsədi daşıyırdı.

Lisenziyaların ləğvi “BP” və “Shell” üçün geriyə doğru bir addımdır, çünki bu lisenziyalar Trinidad və Tobaqo hökumətinin əlində olan lisenziyalardan geri alınır. Şirkətlər ABŞ-nin Venesuela hökumətinə qarşı sanksiyalarına baxmayaraq, əvvəlki Co Bayden administrasiyası tərəfindən verilmiş xüsusi lisenziyalar əsasında Venesuelanın qazla zəngin sularında fəaliyyət göstərə biləcəklərinə ümid edirdilər.

Vaşinqtonun bu addımı həm də Trinidad və Tobaqonun Atlantik LNG layihəsinə qaz təchizatı uğrunda mübarizəsinə zərbə vurur. Bu obyekt daxili qaz çatışmazlığı səbəbindən 2020-ci ildən etibarən gücünün 5/1 -ni istifadə edə bilmir.

Karib adasının Baş naziri Stuart Yang dünən etdiyi açıqlamada, Tramp administrasiyasının onun hökumətinə hər iki lisenziyanın ləğv edildiyini bildirdi. Yang hökumətinin qərardan şikayət etməyi planlaşdırdığını söylədi.

Günel Həsənova

Gununsesi.info