Ağdamda piyadanı evakuator vurub öldürdü

  • By Günel
  • 09 Aprel 2025 19:21

Ağdamda evakuator piyadanı vuraraq öldürüb.

Gununsesi.info xəbər verir ki, yol-nəqliyyat hadisəsi rayonun Dördyol 2 qəsəbəsi ərazisində baş verib.

Belə ki, hərəkətdə olan “Isuzu” markalı evakuator yolu keçən Ağdam rayon Güllücə kənd sakini 1978-ci il təvəllüdlü Məhəmməd Qurbanovu vurub. Nəticədə M.Qurbanov hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma başlanıb.

Gununsesi.info