
Rusiyanın xarici işlər naziri Lavrov Antalya Diplomatiya Forumunda iştirak etmək üçün aprelin 12-də Türkiyəyə gələcək.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Antalya Diplomatiya Forumunda iştirak etmək üçün aprelin 12-də Türkiyəyə gələcəyi açıqlanıb.
Dördüncü Antalya Diplomatiya Forumu (ADF2025) Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə 11-13 aprel tarixlərində Belek Turizm Mərkəzindəki NEST Konqres Mərkəzində keçiriləcək.
“Parçalanmış dünyada diplomatiyanın qəbul edilməsi” mövzusunda keçiriləcək forum diplomatiyanı sülh və əməkdaşlıq üçün hərəkətverici qüvvəyə çevirəcək ümumi strategiyalar üzərində işləmək üçün dünyanın hər yerindən iştirakçıları bir araya gətirəcək.