Sumqayıtda qadını fotoları ilə şantaj edən şəxs saxlanıldı

Sumqayıtda qadını fotoları ilə şantaj edən 26 yaşlı oğlan saxlanılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

“Sumqayıtda fotoları ilə şantaj olunan qadını son anda polis qoruyub. Təhlükəli əməl o həddə çatıb ki, 26 yaşlı N.Kərimov 39 yaşlı qadının sosial şəbəkələrdə barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlib müəyyən miqdarda pul və qızıl-zinət əşyalarını ələ keçirib. Ancaq qadının ondan tələb etdikcə pul verdiyini görən şəxs məbləğləri artırmağa başlayıb, dayanmayıb”, məlumatda deyilir.

Həmin şəxs polis tərəfindən saxlanılıb.

 

 

Gununsesi.info