ABŞ-ın Kanada, Meksika və Çin mallarına tarifləri qüvvəyə minib

ABŞ-da Kanadadan və Meksikadan idxal edilən mallara 25%-lik, Çindən gələn məhsullara isə 20%-lik rüsum tətbiq edilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, başda Kanadadan və Meksikadan gələn mallara rüsumlar bir ay ertələnmişdi. ABŞ Prezidenti Tramp bu qərarın səbəbini, bu ölkələrdən narkotiklər və miqrant axınlarının qarşısını almaq kimi göstərib.

Kanada cavab olaraq, ABŞ-dan idxal edilən 20,7 milyard dollar dəyərində mallara oxşar rüsumlar tətbiq edəcəyini bildirib.

Bildirilir ki, əgər Trampın tarifləri qüvvədə qalarsa, əlavə 86,2 milyard dollar dəyərində tariflər tətbiq olunacaq.

Meksikanın cavabını isə bu gün prezident Klaudiya Şeynbaumnun mətbuat konfransında gözləyirlər.

Çin, 15 ABŞ şirkətini ixrac nəzarətinə əlavə edib, bunların arasında aerokosmik və müdafiə sahələrində fəaliyyət göstərənlər də var. Çin, bu şirkətlərin “ölkənin milli təhlükəsizliyi və maraqlarına təhdid” yaratdığını bildirdi və onlara ikili təyinatlı malların tədarükünü dayandırdı.

Bundan başqa, Çin, Tayvanla hərbi əməkdaşlıq edən 10 ABŞ şirkətini “etibarsız subyektlər” siyahısına saldı. Bu şirkətlərlə ticarət qadağan edilib, rəhbərlərinə Çinə giriş qadağan olunub və işçilərinin iqamətgah statusu ləğv edilib.

Günel

Gununsesi.info