
Kolumbiya, ABŞ-dan deportasiya olunan vətəndaşlarını qəbul etməyə razılaşıb. ABŞ Prezidenti Donald Trampın təhdid etdiyi sanksiyalar hələ tətbiq edilməyib.
Gununsesi.info xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Açıqlamada deyilir ki, Kolumbiya hökuməti Prezident Trampın bütün şərtlərini qəbul edib, o cümlədən ABŞ-dan bütün kolumbiyalı qeyri-leqal miqrantları, o cümlədən ABŞ hərbi təyyarələri ilə, məhdudiyyət və gecikmələr olmadan qəbul edəcək.
Ağ Ev əlavə edib ki, Tramp ABŞ-dan öz vətəndaşlarını deportasiya edən digər ölkələrdən tam əməkdaşlıq gözləyir.
Bildirilib ki, Tramp Kolumbiyanı miqrantlarla təyyarə qəbul etməkdən imtina etdiyinə görə sanksiyalarla hədələyib. Tramp administrasiyasının bəyanatında deyilir ki, onlar indi ehtiyatda saxlanılacaq və Kolumbiya müqaviləyə əməl etdiyi müddətcə imzalanmayacaq.
Qeyd edək ki, ABŞ Kolumbiyanın ən böyük ticarət tərəfdaşıdır və ticarət həcminə görə Latın Amerikasında üçüncü yerdədir.
Şəbnəm