İranda 5,1 bal gücündə zəlzələ baş verib

İranda 5,1 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Tehran Universiteti Seysmologiya Mərkəzinin verdiyi açıqlamaya görə, episentri Kirmanşah əyalətinin Qəsri Şirin şəhərində olan 5,1 bal gücündə zəlzələ yerli vaxtla saat 04.32-də qeydə alınıb.

Zəlzələ yerin 8 kilometr dərinliyində baş verərkən, əyalət qubernatorluğundan verilən açıqlamada can və mal itkisinin olmadığı bildirilib.

Orxan Saffari

Gununsesi.info