Rusiya reperi axtarışa verdi

Rusiya İstintaq Komitəsi reper Morqenşterni (Əlişir Valeyev) xarici agentlər haqqında qanunun pozulmasına görə cinayət işi açıb və onu federal və beynəlxalq axtarışa verib.

Gununsesi.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilir ki, musiqiçi iki ilə qədər həbs oluna bilər. Bundan əvvəl isə, həmin cinayət işi ilə əlaqədar onun Moskva vilayətindəki əmlakına həbs qoyulmuşdu.

Vəkil Sergey Jorin isə bu məlumatı nə təsdiqləyib, nə də təkzib edib. Eyni zamanda, o, qeyd edib ki, istintaqın Morqenşterni axtarmaq üçün heç bir əsaslı səbəbi olmayıb. Vəkilin sözlərinə görə, reper istintaqdan gizlənmir və hazırda müalicə alır, bu barədə isə istintaqçıya məlumat verilib.

Qeyd edək ki, reperə qarşı cinayət işi 2025-ci il yanvarın 17-də açılıb.

 

 

Günel

Gununsesi.info