ABŞ polisi immiqrantların axtarışında

ABŞ prezidenti Donald Trampın “sərhəd çarı” olaraq xarakterizə etdiyi və sərhəd təhlükəsizliyindən məsul olacağını açıqladığı Tom Homan, “Ölkədə qeyri-qanuni yollarla olsanız, vəziyyətiniz masadadır” deyib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, o, ABŞ-da “qanunsuz” mühacirlərə qarşı mübarizə aparılacağını bildirib.

Nyu Cersi ştatında polis iş yerlərində reydlər keçirərək “qanunsuz immiqrantları” axtarmağa başlayıb.

“Qanunsuz mühacirlərlə” sıx mübarizə aparılacağını qeyd edən Homan bildirib:

“Bu ölkənin qanunlarını pozmaq doğru deyil” 

ABŞ hökumətinin “qanunsuz immiqrantları” ölkələrinə geri aparmaq üçün ilk dəfə hərbi təyyarələrdən istifadə etdiyini bildirən Homan, ordunun 23 yanvarda iki uçuşla “150-dən çox mühaciri Qvatemalaya daşıdığını” ifadə etdi.

Homan, ölkədə qeyri-qanuni olan və cinayətə qarışan qeyri-qanuni mühacirlərin ölkədən çıxarılması üçün səylərin 4 il davam edəcəyini bildirib.

Deportasiya əməliyyatlarının baha başa gələn bir məsələ olduğunu vurğulayan Homan, “Konqresin ən qısa zamanda masaya gəlməsi və sərhədin təhlükəsizliyini təmin etmək üçün bizə lazım olan pulu verməsi lazımdır” deyib.

Orxan Saffari

Gununsesi.info