
AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker dünən “Qarabağ” – “Turan Tovuz” oyununda (1:2) qonaqların birinci qolundakı mübahisəli epizodu şərh edib.
Gununsesi.info xəbər verir ki, Belçikalı mütəxəssis 90-cı dəqiqədə “Turan Tovuz”un vurduğu qol epizodu ilə bağlı fikrini bildirib.
Qeyd edək ki, Qurban Qurbanov oyunsonrası konfransda hakimlərin yanlış qərar verdiyini, qolun sayılmamalı olduğunu bildirmişdi.