Balakəndə avtomobillər toqquşub - Ağır yaralanan gənc Bakıya gətirilib

  • By Günel
  • 06 Mart 2025 08:50

Balakən rayonunda 24 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində sərnişin 2001-ci il təvəllüdlü Mirəliyeva Esmira Araz qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib. Müayinə zamanı ona onurğa sütununun sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info