Xırdalan istiqamətindəki sıxlığın səbəbi açıqlandı - FOTO

  • By Günel
  • 05 Mart 2025 23:24

“Xırdalan” dairəsi istiqamətində yaranan sıxlığın səbəbi məlum olub.

Gununsesi.info xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumat yayıb.

Bildirilib ki, Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, Beynəlxalq Avtovağzalın qarşısında minik avtomobillərindən birinin sürücüsünün halı pisləşib:

“Ərazidə xidmət aparan yol polisi əməkdaşları tərəfindən dərhal ona zəruri yardım edilir.  Hazırda bu səbəbdən “Xırdalan” dairəsi istiqamətində sıxlıq yaranıb”.