İrlandiya Ukraynaya xüsusi təyinatlıları göndərəcək

  • By Günel
  • 06 Mart 2025 08:05

İrlandiya, xaricdə hərbi qüvvələrin yerləşdirilməsini sadələşdirən yeni qanun qəbul ediləcəyi təqdirdə, Ukraynaya xüsusi təyinatlıları göndərə biləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə “The Irish Times” qəzeti yazıb.

Təklif olunur ki, bu tədbir Kiyevdəki səfirliyin müdafiəsi üçün qəbul edilə bilər. Söhbət İrlandiya Silahlı Qüvvələrində yüksəkixtisaslı hesab edilən xüsusi hərbi bölmə olan ordu reyncerlərinin göndərilməsindən gedir.

“Hökumət orada olan İrlandiya rəsmi şəxslərini qorumaq üçün Kiyevdə xüsusi təyinatlı qoşunların yerləşdirilməsinə imkan verəcək qanunvericilik dəyişikliklərini təsdiqləyib”, – məqalədə qeyd olunub.

Gununsesi.info