Sumqayıtda evdə 62 yaşlı qadının meyiti tapıldı

  • By Günel
  • 05 Mart 2025 22:42

Sumqayıtda evdə 62 yaşlı qadının meyiti aşkarlanıb.

Gununsesi.info “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayonunda qeydə alınıb.

1963-cü il təvəllüdlü Tamilə Cavadovanın meyiti onun yaşadığı ünvanda tapılıb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info