
“Zaporojya atom elektrik stansiyasının yerləşdiyi Kursk vilayətində başlanan transsərhəd əməliyyat “qələbə planının” bir hissəsidir”.
Gununsesi.info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib.
O, qeyd edib ki, Ukrayna sentyabrda Vaşinqtona “qələbə planını” təqdim edəcək.
Ukrayna lideri bu planı ABŞ prezidentliyinə namizədlər Kamala Harris və Donald Trampla bölüşməyi hədəflədiyini və planın uğurunun onların dəstəyindən asılı olduğunu vurğulayıb.
Zelenski planın dörd fərqli hissəsini açıqlayıb:“İşlərin bir hissəsinin görüldüyü sahələrdən biri Kursk bölgəsidir. İkincisi, Ukraynanın dünya təhlükəsizlik infrastrukturunda strateji yeridir. Üçüncüsü, Rusiyanı diplomatik yollarla müharibəni dayandırmağa məcbur edəcək güclü paketdir. Dördüncü, iqtisadidir – bu barədə danışmayacağam”, – deyə o bildirib.
Qələbə planında Rusiyanın Kursk bölgəsində başladılan sərhəd əməliyyatının əhəmiyyətini vurğulayan Zelenski avqustun 6-da başlayan qəfil hücumun rus qoşunlarının Ukraynanın şərqindən çıxarılmasına səbəb olduğunu bildirib.
Şəbnəm
Gununsesi.info