İsrailin zərbəsindən sonra İranda bina uçdu – 60 ölü

  • By Admin2
  • 14 İyun 2025 12:46

İranın cənub-qərbində Şahid Camran şəhərində yaşayış binası İsrailin zərbələrindən sonra uçub.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı İranın dövlət televiziyası yayıb.

Bildirilib ki, hadisə nəticəsində 60 nəfər həlak olub. Onlardan iyirmisinin uşaq olduğu vurğulanıb.

Hazırda 10 nəfərin cəsədinin dağıntılar altında olduğu qeyd edilib.

Gununsesi.info