“Turan Tovuz” klubu futbolçusu ilə yeni müqavilə imzalayıb

  • By ilhame
  • 30 İyun 2024 15:06

“Turan Tovuz” klubu futbolçusu Xəyal Nəcəfovla yeni müqavilə imzalayıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Son iki mövsümü Tovuz təmsilçisinin heyətində keçirən yarımmüdafiəçi ilə 2+1 illik müqavilə bağlanılıb.

 

Qeyd edək ki, 26 yaşlı futbolçu “Turan Tovuz”un heyətində Premyer Liqada 57 oyunda meydana çıxıb.

Gununsesi.info