Üçqat olimpiya və yeddiqat dünya çempionu Aleksandr Medved vəfat edib - FOTO

  • By Günel
  • 02 Sentyabr 2024 15:22

SSRİ seçməsinin heyətində üçqat olimpiya və yeddiqat dünya çempionu olmuş sərbəst güləşçi Aleksandr Medved 87 yaşında vəfat edib.

Gununsesi.info Oxu.Az – a istinadən xəbər verir ki, bu barədə Rusiya Güləş Federasiyasının Mətbuat Xidməti məlumat yayıb.

A.Medved 1972-ci ildə keçirilmiş Yay Olimpiya Oyunlarında SSRİ millisinin bayraqdarı funksiyasını yerinə yetirib.

Qeyd edək ki, Belarusdan olan keçmiş güləşçi SSRİ-nin Əməkdar idman ustası və Əməkdar məşqçisi olub.

Gununsesi.info