Türkiyədə fransız məktəblərinə qeydiyyat dayandırılıb

  • By Günel
  • 02 Sentyabr 2024 15:12

Türkiyədəki fransız məktəblərinə qeydiyyat müvəqqəti olaraq dayandırılıb.

Gununsesi.info-nun Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin təhsil naziri Yusuf Tekin “Anadolu” agentliyinə müsahibəsində bildirib.

“6 ay ərzində beynəlxalq müqavilənin imzalanması gözlənilir. Müqavilə imzalanana qədər tələbə qeydiyyatına icazə verməyəcəyik”, – o qeyd edib.

Gununsesi.info