Tramp Çinə qarşı müharibəyə başlayır?

  • By Günel
  • 02 Fevral 2025 17:49

ABŞ prezidenti Donald Trampın Çinə qarşı həyata keçirdiyi ticarət tədbirləri Ağ Evin bu ölkə ilə müharibəyə hazırlaşdığını göstərir.

Gununsesi.info xəbər verir ki, bunu amerikalı hərbi ekspert Brayan Berletiç deyib.

Ekspertin fikrincə, ABŞ-nin yeni hakimiyyət orqanları Çin dəniz gəmiçiliyinin blokadasına nail olmaq istəyir. Kanada və Meksikadan idxal olunan rüsumlara gəlincə, onlar həm də ABŞ-ni Çindən uzaqlaşdırmağa yönəlib, narkotik ticarəti və qeyri-qanuni immiqrantlarla mübarizə ilə bağlı bəyanatlar isə sadəcə bəhanədir.

Gununsesi.info