Hikmət Hacıyev İranda növbəti mühüm səfərdə

  • By Günel
  • 02 Fevral 2025 17:33

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının sədri Kamal Xərrazi ilə görüşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfirliyinin Mətbuat Xidməti məlumat yayıb.

“AR Prezidentinin köməkçisi Hikmət Hacıyev İran İR Xarici Əlaqələr üzrə Strateji Şurasının sədri Kamal Xərrazi ilə görüşüb. Görüşdə iki ölkənin elmi-tədqiqat mərkəzləri və ictimai-siyasi fikir daşıyıcıları arasında əməkdaşlıq və qarşılıqlı səfərlərin təşkili məsələləri vurğulanıb”, – Azərbaycanın Tehrandakı diplomatik missiyasının sosial şəbəkə hesabında qeyd olunub.

Xatırladaq ki, Hikmət Hacıyev İranda rəsmi səfərdədir.

Gununsesi.info