
Ukrayna 2025-ci ildə Rusiya ilə müharibəni davam etdirməyə hazırlaşır və bunun üçün Qərb tərəfdaşları ilə lazımi maliyyə dəstəyini müzakirə edir.
Gununsesi.info xəbər verir ki, bunu Ukraynanın maliyyə naziri Sergey Marçenko bildirib.
Onun sözlərinə görə, bundan əvvəl Kiyev hərbi əməliyyatların aktiv fazasının 2024-cü ilin ortalarına qədər davam edəcəyini gözləyirdi.
O, qeyd edib ki, bu artıq Beynəlxalq Valyuta Fondunun (BVF) Ukraynaya yardım proqramı tərəfindən nəzərə alınıb:“Gördüyümüz kimi, bu proqnoz özünü doğrultmadı. Ona görə də indi biz tərəfdaşlarımızla davamlı olaraq müzakirə edirik ki, bizə əlavə maliyyə təminatı lazımdır, çünki müharibə 2025-ci ildə davam edəcək və bizim buferimiz olmalıdır”.
Ukrayna Maliyyə Nazirliyinin rəhbəri qeyd edib ki, 2025-ci ildə büdcə kəsirini ödəmək üçün Kiyev Qərb tərəfdaşlarından əlavə 12-15 milyard dollar almalıdır.
Eyni zamanda, hazırda Marçenkonun sözlərinə görə, büdcə kəsiri artıq 6 milyard dollara çatıb.
Lakin vəsaitin bir hissəsi silahların alınmasına xərcləndiyindən, yenidən baxıldıqdan sonra bu, 12 milyard dollara qədər arta bilər.
Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski daha əvvəl demişdi ki, “insan həyatını itirməmək üçün” müharibə mümkün qədər tez başa çatdırılmalıdır.
Şəbnəm
Gununsesi.info